“Apple” şirkəti “Maps” xəritə xidmətində ABŞ istifadəçiləri üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib. Bu addım Prezident Donald Trampın gölün adının dəyişdirilməsi ilə bağlı fərmanından sonra atılıb.
ABŞ Daxili İşlər naziri Duq Berqamın sözlərinə görə, Tramp bu məsələ ilə bağlı birbaşa “Apple” şirkətinə müraciət edib. Bundan əvvəl ABŞ prezidenti Ontario gölünün adının “Amerika gölü” ilə əvəzlənməsini nəzərdə tutan sərəncam imzalamışdı.
Ad dəyişikliyi ABŞ ilə Kanada arasında davam edən ticarət və siyasi gərginlik fonunda baş verib. Gölün adının dəyişdirilməsi ilə bağlı qərar iki ölkə arasında münasibətlərin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir.
“Google Maps” də ABŞ-dakı istifadəçilər üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib. Bununla yanaşı, Kanada istifadəçiləri hələ də “Ontario gölü” adını görür, digər ölkələrdə isə hər iki ad göstərilir.
Bu, Tramp administrasiyasının xəritələrdə coğrafi adların dəyişdirilməsi ilə bağlı ilk addımı deyil. 2025-ci ildə prezidentin müvafiq fərmanından sonra “Google”, Meksika körfəzinin adını ABŞ istifadəçiləri üçün “Amerika körfəzi” olaraq dəyişmişdi. “Apple” və digər xəritə xidmətləri də həmin dəyişiklikləri öz platformalarında tətbiq etmişdi.
MONETAR.AZ