2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Qırğızıstana 30 milyon 30,09 min dollar dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə və ya 22 milyon 508,32 min dollar artıb.
Hesabat dövründə Azərbaycana Qırğızıstandan 4 milyon 34,77 min dollar dəyərində məhsul idxal olunub. Bu isə illik müqayisədə 12,4 dəfə və ya 45 milyon 985,86 min dollar azdır.
Nəticədə Azərbaycanın Qırğızıstanla ticarətində ixracın payı əhəmiyyətli dərəcədə artıb. Hesabat dövründə Qırğızıstana ixrac ölkənin ümumi ixracının 0,16 faizini, bu ölkədən idxal isə ümumi idxalın 0,04 faizini təşkil edib.
Müqayisə üçün, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 77 milyon 172,45 min dollar olub. Həmin il Azərbaycandan Qırğızıstana 23 milyon 419,54 min dollar dəyərində məhsul ixrac edilib, Qırğızıstandan Azərbaycana idxal isə 53 milyon 752,91 min dollar təşkil edib.
2025-ci ildə Qırğızıstana ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizinə, bu ölkədən idxal isə ümumi idxalın 0,22 faizinə bərabər olub.