İQTİSADİYYAT

Dünya meşələrinin yarıdan çoxu 5 ölkədədir

Dünya meşələrinin

 Dünyadakı meşə sahəsinin yarıdan çoxu cəmi 5 ölkənin payına düşür. Monetar.az xəbər verir ki, 2025-ci il üzrə məlumatlara əsasən, Rusiya 832,6 milyon hektar meşə sahəsi ilə dünya üzrə birinci yerdədir.

 Rusiyanın dünya meşə sahəsində payı 20,1 faiz təşkil edir. Bu göstərici Braziliya və Kanadanın birlikdə meşə sahəsinə yaxın səviyyədədir.

 Braziliya 486,1 milyon hektarla ikinci, Kanada 368,8 milyon hektarla üçüncü, ABŞ 308,9 milyon hektarla dördüncü, Çin isə 227,2 milyon hektarla beşinci sırada qərarlaşıb.

 Beləliklə, dünyanın ən çox meşəyə sahib beş ölkəsinin qlobal meşə sahəsində ümumi payı 54 faizdən çoxdur.

 İlk 10-luqda Konqo Demokratik Respublikası, Avstraliya, İndoneziya, Hindistan və Peru da yer alır.

 Ümumilikdə, 2025-ci ildə dünyada meşələrin ümumi sahəsi 4,14 milyard hektar olub.

 Regional bölgüdə Asiya-Sakit okean hövzəsi dünya meşələrinin 39 faizini, Amerika qitəsi 38,9 faizini təşkil edir. Afrikanın payı 16 faiz, Avropanın 4,9 faiz, Yaxın Şərqin isə 1 faizdir.

 Meşələrin böyük hissəsinin bir neçə ölkədə cəmləşməsi iri miqyaslı meşə yanğınlarının qlobal təsirini də artırır. 2025-ci ildə Kanadada meşə yanğınları nəticəsində 5,3 milyon hektar ağac örtüyü itirilib.

Oxşar xəbərlər