SOSİAL

Azərbaycanda 14,7 min işçi sağlamlıq üçün təhlükəli şəraitdə çalışıb

Azərbaycanda 14,7 min işçi sağlamlıq üçün

Azərbaycanda 2025-ci ildə 14 775 nəfər işçi sanitariya-gigiyena normalarına cavab verməyən əmək şəraitində çalışıb.

 Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, belə şəraitdə çalışanların 12 873 nəfəri kişi, 1 902 nəfəri isə qadın olub.

 Ən çox problem sənaye sahəsində qeydə alınıb. Bu sektorda sanitariya-gigiyena normalarına uyğun olmayan şəraitdə 11 362 nəfər çalışıb. Tikintidə bu göstərici 1 136, nəqliyyat və anbar təsərrüfatında 2 533, informasiya və rabitə sahəsində isə 244 nəfər olub.

 Sənayedə çalışanların 6 235 nəfəri normadan artıq səs-küyün olduğu şəraitdə işləyib. Onların 5 477-si kişi, 758-i qadın olub.

 Zərərli kimyəvi maddələrin normadan artıq olduğu şəraitdə çalışanların sayı 6 368 nəfər təşkil edib. Bunun 5 379 nəfəri kişi, 989 nəfəri qadın olub.

 İstehsalat tozunun normadan artıq olduğu iş şəraitində 2 883 nəfər, vibrasiyanın normadan artıq olduğu şəraitdə isə 2 754 nəfər çalışıb.

 Bundan başqa, 8 252 nəfər ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişsiz iş yerlərində çalışıb. Bu kateqoriyada kişilərin sayı 7 781, qadınların sayı isə 471 nəfər olub.

 Əmək təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda çalışanların sayı isə 1 531 nəfər olub.

 araqlıdır ki, radiasiyanın normadan artıq olduğu iş şəraitində çalışanların sayı 21 nəfər təşkil edib. Onların 18-i kişi, 3-ü qadın olub.

 

Oxşar xəbərlər