SOSİAL

Azərbaycanda işsizlərin sayı 5 ildə 24 faiz azalıb

Azərbaycanda işsizlərin sayı

Azərbaycanda işsiz əhalinin sayı 2020-ci illə müqayisədə 2025-ci ildə 89,6 min nəfər azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 368,7 min nəfər işsiz olduğu halda, 2025-ci ildə bu göstərici 279,1 min nəfərə enib.

Beləliklə, 5 il ərzində işsizlərin sayı 24,3 faiz azalıb.

İşsiz kişilərin sayı 2020-ci ildə 161,8 min nəfərdən 2025-ci ildə 130,9 min nəfərə düşüb. Bu, 30,9 min nəfər və ya 19,1 faiz azalma deməkdir.

Qadın işsizlərin sayı isə daha çox azalıb. 2020-ci ildə 206,9 min nəfər olan qadın işsizlərin sayı 2025-ci ildə 148,2 min nəfərə enib. Nəticədə qadın işsizlərin sayı 58,7 min nəfər və ya 28,4 faiz azalıb.

Eyni zamanda, ölkədə əmək qüvvəsinin sayı da artıb. 2020-ci ildə 5 milyon 89,9 min nəfər təşkil edən əmək qüvvəsinin sayı 2025-ci ildə 5 milyon 384,3 min nəfərə yüksəlib.

Beləliklə, 5 il ərzində əmək qüvvəsinin sayı 294,4 min nəfər və ya 5,8 faiz artıb.

Oxşar xəbərlər