Bu ilin yanvar–iyul aylarında “Azəralüminium” MMC 111,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 milyon dollar və ya 45,9% çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında məlumat verilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar–iyul aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 76,7 milyon ABŞ dolları təşkil edib.