“Kapital Bank” səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq oktyabrın 6-da saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində, 17-ci mərtəbədəki “Silicon Valley” otağında baş tutacaq.
Yığıncağın gündəliyinə bankın 2025-ci maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.