Bitcoin avqust ayında qeydə alınan güclü artımdan sonra sentyabrın ilk günlərində ucuzlaşmaqda davam edir. ABŞ və İran arasında hərbi toqquşmaların yenidən başlaması, eləcə də faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliyin artması riskli aktivlərə təzyiq göstərir. ABŞ və İran arasında hərbi əməliyyatların yenidən intensivləşməsi qlobal maliyyə bazarlarında risk iştahını zəiflədib.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:04-ə olan məlumata görə, 1,4% ucuzlaşaraq 77 670,6 dollara düşüb. Halbuki bitcoin avqust ayında təxminən 25% bahalaşmışdı.
Sentyabrın əvvəlindən etibarən kriptovalyuta bazarında yüksəliş dayanıb. ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin artması investorların riskli aktivlərə marağını azaldıb. ABŞ və İran arasında hərbi əməliyyatların bərpası isə bazarlardakı təzyiqi daha da gücləndirib. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bu gün son üç ilə yaxın dövrün ən yüksək səviyyəsinə yüksəlib.
Bitcoinin ən böyük korporativ sahibi olan "Strategy" şirkətinin iki aylıq fasilədən sonra kriptovalyuta alışlarını bərpa etməsi də bazara yalnız məhdud dəstək verib. Şirkətin son alışından sonra bitkoin ehtiyatları 845 050 BTC-yə çatıb.
MONETAR.AZ