BİZNES

Apple-ın yeni rəhbəri işə başladı: İlk gündən iPhone mesajı verdi

Apple-ın yeni rəhbəri işə başladı:

Apple şirkətinin yeni baş icraçı direktoru (CEO) Con Ternus ilk iş günündə əməkdaşlara müraciət edib və şirkətin yeni məhsullarının təqdimatı ilə bağlı gözləntilərini bölüşüb.

 Monetar.az xəbər verir ki, Ternus gələn həftə keçiriləcək iPhone təqdimatının “fenomenal” olacağını bildirib.

 O, şirkətin məhsul hazırlamaq sahəsində güclü mövqeyə malik olduğunu vurğulayıb. Ternusun sözlərinə görə, hazırda Apple-da bir sıra yeni məhsullar üzərində iş aparılır və şirkətin gələcək üçün böyük planları var.

 Yeni CEO əvvəlki rəhbər Tim Kuka da təşəkkür edib. 15 il ərzində Apple-a rəhbərlik edən Kuk bundan sonra şirkətin direktorlar şurasının icraçı sədri vəzifəsində fəaliyyət göstərəcək.

 Ternus həmçinin ilk dəfə “X” sosial şəbəkəsində paylaşım edib. Apple-ın marketinq rəhbəri Qreq Josvyak bildirib ki, Ternus şirkətin sentyabrın 9-da keçiriləcək tədbirində yeni məhsullar barədə daha ətraflı məlumat verəcək.

 Şirkətin planları arasında ilk qatlanan iPhone-un təqdim edilməsi, ağıllı ev cihazlarının inkişaf etdirilməsi, həmçinin kameralarla təchiz olunmuş AirPods, ağıllı eynəklər və sensor ekranlı MacBook modellərinin hazırlanması da yer alır.

Oxşar xəbərlər