“Real Madrid” 2026-cı ildə 8,1 milyard avro dəyəri ilə dünyanın ən dəyərli futbol klubu olub.
Monetar.az xəbər verir ki, bu barədə “Brand Finance Football 50” hesabatının 2026-cı il məlumatları əsasında hazırlanan reytinqdə Avropanın 20 ən dəyərli futbol klubu sıralanıb.
İkinci pillədə 6,7 milyard avro ilə “Barselona” qərarlaşıb. Almaniyanın “Bayern Münhen” və İngiltərənin “Arsenal” klublarının hər birinin müəssisə dəyəri 6 milyard avro təşkil edib.
İlk beşliyi 5,1 milyard avro ilə İngiltərənin “Liverpool” klubu tamamlayıb. Daha sonra “Manchester United” (4,7 milyard avro), “Manchester City” (4,5 milyard avro) və Fransanın PSJ-si (4,2 milyard avro) gəlir.
İlk 10-luqda İngiltərə Premyer Liqasının 6 klubu yer alıb. “Chelsea” 3,7 milyard avro, “Tottenham Hotspur” isə 2,3 milyard avro ilə siyahıda müvafiq olaraq 9-cu və 10-cu pillələri tutub.
İlk 20-likdə İngiltərəni ümumilikdə 8 klub təmsil edir. “Aston Villa” 1,9 milyard avro ilə 13-cü, “Nyukastle United” isə 1,3 milyard avro ilə 15-ci sıradadır.
İspaniyanın “Atletico Madrid” klubu 2,2 milyard avro ilə 11-ci, Almaniyanın “Borussia Dortmund”u 2,1 milyard avro ilə 12-ci yerdə qərarlaşıb.
İtaliyanın “Inter” klubu 1,6 milyard avro ilə 14-cü, “Juventus” 1,2 milyard avro ilə 16-cı, “AC Milan” 1 milyard avro ilə 18-ci, “Napoli” isə 339 milyon avro ilə 20-ci olub.
Reytinqdə yalnız bir Portuqaliya klubu – “Sporting CP” yer alıb. Klub 394 milyon avro dəyəri ilə 19-cu pillədə qərarlaşıb.
Beləliklə, “Real Madrid”in 8,1 milyard avroluq dəyəri “Sporting CP”nin göstəricisindən təxminən 20 dəfə, “Napoli”nin dəyərindən isə 24 dəfə çoxdur.
Qeyd edək ki, dünyanın ən dəyərli 20 futbol klubunun hamısı Avropada yerləşir və onlar 6 müxtəlif ölkənin liqalarını təmsil edir.