BİZNES

Qazaxıstanın ən varlı 50 milyonçusunun sərvəti

Qazaxıstanın ən varlı

Qazaxıstanda ən varlı 50 iş adamı və ailənin sərvətləri açıqlanıb. Monetar.az xəbər verir ki, “Forbes” məlumatlarına əsaslanan 2026-cı il reytinqində ilk pillədə 972 milyon dollar sərvətlə bir ailə qərarlaşıb.

Reytinqdə ikinci yerdə 877 milyon dollar, üçüncü yerdə isə 865 milyon dollar sərvətə malik şəxslər yer alıb.

İlk beşlikdəki digər iki iştirakçının sərvəti müvafiq olaraq 855 milyon və 850 milyon dollar qiymətləndirilib.

Reytinqə əsasən, ilk 10-luqda yer alan milyonçuların sərvəti 600 milyon dollardan 972 milyon dollaradək dəyişir.

Qazaxıstanın ən varlı şəxslərinin əsas gəlir mənbələri arasında bankçılıq, nəqliyyat, mədənçilik, neft-qaz, telekommunikasiya, sığorta və digər sahələr yer alır.

Siyahının sonuncu pilləsində qərarlaşan iştirakçıların sərvəti isə 154-160 milyon dollar səviyyəsində qiymətləndirilib.

Beləliklə, 2026-cı ildə Qazaxıstanın ən varlı 50 milyonçusunun hər birinin sərvəti ən azı 154 milyon dollar təşkil edir.

Oxşar xəbərlər