2026-cı ilin əvvəlindən etibarən Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 19,7 milyard dollar azalıb. Bu barədə “RIA Novosti”nin “Bloomberg Billionaires Index” (BBI) məlumatları əsasında apardığı hesablamalarda bildirilir.
BBI reytinqində rusiyalı milyarderlər arasında ilk sırada “Severstal”ın təsisçisi Aleksey Mordaşov qərarlaşıb. Onun sərvəti 27,7 milyard dollar qiymətləndirilir.
İlk beşlikdə Mordaşovdan sonra:
- Leonid Mixelson — $24,1 milyard;
- Vladimir Potanin — $22,7 milyard;
- Vladimir Lisin — $22,5 milyard;
- Vahid Ələkbərov — $20,7 milyard.
Dünya üzrə ən varlı şəxslər siyahısına isə İlon Mask başçılıq edir. “Tesla” və “SpaceX” şirkətlərinin sahibi 888 milyard dollarlıq sərvətlə ilk pillədədir.
Qlobal reytinqin ilk beşliyində həmçinin “Google”un həmtəsisçisi Larri Peyc ($291 milyard), “Amazon”un təsisçisi Ceff Bezos ($281 milyard), “Google”un həmtəsisçisi Sergey Brin ($271 milyard) və “Dell Technologies”in baş icraçı direktoru Maykl Dell ($232 milyard) yer alır.
“Bloomberg Billionaires Index” dünyanın ən varlı 500 nəfərini əhatə edir. Onların arasında 18 Rusiya vətəndaşı var. Reytinq milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır.
MONETAR.AZ