AQRAR

Buğdanın qiyməti avqustda 16 faiz artıb

Buğdanın qiyməti avqustda

Dünya bazarında buğdanın qiyməti bazar ertəsi 3%-ə yaxın ucuzlaşaraq buşel üçün 7,43 dollara düşüb. Buna baxmayaraq, buğda avqust ayında 16%-dən çox bahalaşıb.

 Monetar.az xəbər verir ki, qiymətlərin geriləməsinə əvvəlki sessiyada son üç ilin maksimumuna – 7,67 dollara yüksəlməsindən sonra investorların mənfəət götürməsi səbəb olub.

 Buğdanın bahalaşmasının əsas səbəbi Qara dəniz regionundan tədarükün pozulacağı ilə bağlı narahatlıqlardır. Rusiya və Ukraynada limanlara və gəmiçilik infrastrukturuna hücumların davam etməsi qlobal taxıl tədarükü ilə bağlı riskləri artırıb.

 Rusiya və Ukrayna birlikdə dünya üzrə buğda ixracının dörddə birindən çoxunu təmin edir. Mövcud vəziyyət alıcıları alternativ tədarükçülərə yönəldir. Rusiya ixracatçıları yüklərin bir hissəsini Baltik dənizi limanlarına istiqamətləndirərkən, bəzi alıcılar Rumıniya, Fransa və Polşadan buğda almağa üstünlük verirlər.

 Analitiklər bazarda qeyri-müəyyənliyin yüksək olaraq qaldığını bildirirlər. Regionda gərginliyin artması və yaxın perspektivdə sülh razılaşması ehtimalının zəifləməsi buğdanın qiymətləri üzərində əlavə təzyiq yaradır.

 Bununla yanaşı, Ukraynada fermerlərin 2027-ci il məhsulu üçün qışlıq buğda əkinlərini azaltmasının gözlənildiyi bildirilir.

 Beləliklə, buğdanın qiyməti bazar ertəsi geriləsə də, avqust ayını son illərin ən güclü artımlarından biri ilə başa vurmağa hazırlaşır.

Ekspertlər qeyd edirlər ki, qızılın qiymətinə uzunmüddətli istiqamətdə ABŞ dollarının dəyər itirməsi ilə bağlı narahatlıqlar da təsir göstərir. ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alınması proqramı üzrə likvidlik dəstəyini iki dəfə artırmaq planı bu narahatlıqları gücləndirib.

 

Oxşar xəbərlər