Dünya əmtəə bazarında bəzi məhsulların qiymətində kəskin artım qeydə alınıb. Ən böyük bahalaşma enerji və kənd təsərrüfatı məhsullarında müşahidə olunub.
Monetar.az xəbər verir ki, gün ərzində palma yağının qiyməti 7,45%, kanolanın qiyməti isə 3,68% artıb.
Metallar bazarında dəmir filizinin qiyməti 3,41%, litium karbonatın qiyməti isə 0,95% artıb.
Bəzi əmtəələrdə isə əks istiqamətdə dəyişiklik qeydə alınıb. Kakao 3,87%, gümüş 3,01%, qızıl 2,25%, platin 2,01%, pambıq 1,82%, taxta materialları isə 1,58% ucuzlaşıb.
Beləliklə, gün ərzində ən böyük artım Böyük Britaniyada təbii qaz və palma yağında, ən ciddi ucuzlaşma isə kakaoda qeydə alınıb.