BAZARLAR

Ağ və qara "qızılın" qiyməti qalxıb

Ağ və qara "qızılın"

Dünya əmtəə bazarında avqustun son günündə bir sıra məhsulların qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Enerji və kənd təsərrüfatı məhsulları ilə yanaşı, litium karbonatın qiymətində də yüksək artım müşahidə olunub.

Monetar.az xəbər verir ki, Trading Economics-in məlumatlarına görə, gün ərzində əmtəələr arasında ən çox bahalaşan məhsullardan biri litium karbonat olub. Onun qiyməti 3,59% artıb.

Kənd təsərrüfatı məhsulları arasında pambıq 2,03% bahalaşaraq günün əsas artım göstərən əmtəələrindən olub. Kakao 1,81%, şəkər isə 1,31% yüksəlib.

Enerji bazarında da qiymətlər əsasən artım nümayiş etdirib. Metanolun qiyməti 7,49% yüksələrək bu kateqoriyada ən böyük artımı göstərib. Avropada təbii qazın qiyməti 4,95%, propanın qiyməti 4,53% artıb.

Dünya neft bazarında da bahalaşma qeydə alınıb. WTI markalı neft 2,65%, “Brent” markalı neft isə 2,59% bahalaşıb.

Metallar bazarında isə əsasən mənfi dinamika üstünlük təşkil edib. Platinin qiyməti 3,36%, titanın qiyməti 2,25%, polad armaturun qiyməti 0,67%, qızılın qiyməti isə 0,47% azalıb.

Kənd təsərrüfatı məhsulları arasında yulafın qiyməti 1,97%, kanolanın qiyməti isə 1,34% ucuzlaşıb.

Beləliklə, günün göstəriciləri qlobal əmtəə bazarında enerji və bəzi kənd təsərrüfatı məhsullarına tələbin və bazar aktivliyinin artdığını, qiymətli metalların isə təzyiq altında qaldığını göstərir.

Oxşar xəbərlər