BAZARLAR

Avqustda qızıl 10 faiz bahalaşıb

Avqustda qızıl

Qızılın qiyməti  1 unsiya üçün 4 440 ABŞ dolları ətrafında qərarlaşıb. Qiymət iki həftənin minimumuna yaxınlaşarkən, bazarda ABŞ Federal Ehtiyat Sisteminin sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilər güclənib.

 Monetar.az xəbər verir ki, qiymətli metalın ucuzlaşmasına Yaxın Şərqdə artan gərginliyin inflyasiya ilə bağlı narahatlıqları artırması və ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun sərt pul siyasətinə işarə edən açıqlamaları təsir göstərib.

 Qeyd edək ki, qızılın qiyməti cümə günü 3 faizdən çox azalıb. Bu, iyunun 10-dan bəri qiymətli metalın ən böyük gündəlik enişi olub.

 Bazar iştirakçıları hazırda Federal Ehtiyat Sisteminin sentyabr iclasında faiz dərəcəsini artırmasına 60 faizdən bir qədər çox ehtimal verirlər. Uorşun açıqlamasından əvvəl bu göstərici təxminən 36 faiz təşkil edirdi.

 Qızıl bazarındakı təzyiq neft qiymətlərinin yüksəlməsi ilə də müşayiət olunur. ABŞ-ın Hörmüz boğazında İranın bir adasına zərbə endirdiyini açıqlamasından sonra neft bahalaşıb və Tehran buna cavab verib.

 Bununla belə, qızıl ay ərzində təxminən 10 faiz bahalaşıb. Bu, yanvardan bəri qiymətli metalın ən güclü aylıq artımıdır.

 

Oxşar xəbərlər