BAZARLAR

Bitcoin “Strategy”nin alışları fonunda 79 min dollara yüksəlib

Bitcoin “Strategy”nin alışları fonunda

Bitcoin bu gün korporativ kriptovalyuta portfelinin həcminə görə dünyanın ən böyük şirkəti olan “Strategy”nin təxminən iki aylıq fasilədən sonra alışları bərpa etməsi fonunda son maksimumlar yaxınlığında qərarlaşıb. Şirkət son alışında 4 603 Bitcoinə 369,7 milyon dollar xərcləyib və hər bir Bitcoin üçün orta hesabla 80 318 dollar ödəyib.

Kriptovalyutanın bahalaşmasına baxmayaraq, bazarda artım yüksək faiz dərəcələri ilə bağlı narahatlıqlar və ABŞ-İran qarşıdurmasının davam etməsi fonunda məhdudlaşır.

Bitcoin avqust ayında təxminən 25% bahalaşaraq ilin ən güclü aylıq göstəricilərindən birini nümayiş etdirib. Kriptovalyutaya tələbatın artmasına ABŞ-də kriptovalyutaların tənzimlənməsi ilə bağlı gözləntilər, həmçinin istiqraz bazarındakı dalğalanmalar fonunda alternativ aktivlərə marağın yüksəlməsi də təsir göstərib.

“Strategy”nin alışları şirkətin Bitcoin strategiyasına yenidən qayıtdığını göstərir. Son əməliyyatdan sonra şirkətin balansında 845 050 Bitcoin olduğu açıqlanıb.

MONETAR.AZ

Oxşar xəbərlər