Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin artması fonunda sürətlə yüksəlib. “WTI” markalı neftin bir barreli 90 dollara qədər bahalaşaraq son bir aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Monetar.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti də 94 dolları ötüb. ABŞ və İran arasında qarşıdurmanın yenidən güclənməsi və Hörmüz boğazından enerji daşımalarının davamlılığı ilə bağlı narahatlıqlar neft bazarında qiymət artımını sürətləndirib.
Məlumata görə, regiondan neft ixracının azalacağı ilə bağlı gözləntilər də bazara təsir göstərib. Bununla yanaşı, bəzi iri iqtisadiyyatların ehtiyatlardan istifadə etməsi neft qiymətlərinin daha sürətli yüksəlməsinin qarşısını alıb.