ENERJİ

Bu gündən Rusiya neft bazarında yeni sistem işə düşür

Bu gündən Rusiya neft bazarında

Rusiyada neft məhsulları ilə bağlı birjadankənar əməliyyatların qeydiyyatı tətbiq ediləcək. Yeni qayda daxili bazarda qiymətlərin formalaşmasını daha şəffaf etmək və neft məhsullarının satış zəncirini izləmək məqsədi daşıyır.

 Monetar.az xəbər verir ki, bu barədə Rusiya Federal Antiinhisar Xidməti (FAS) məlumat yayıb.

 Qeydiyyat daxili bazarda istehsalçılar və treyderlər tərəfindən həyata keçirilən 1 ton və daha çox həcmli bütün birjadankənar neft məhsulları əməliyyatlarına şamil olunacaq.

 Müvafiq qərarı Rusiya hökuməti qəbul edib. Sənəd FAS tərəfindən yanacaq bazarının kiçik topdansatış seqmentində məhsulların hərəkətinin izlənilməsini təmin etmək məqsədilə hazırlanıb.

 Qurumun məlumatına görə, yeni mexanizm neft məhsullarının satış zəncirinin bütün mərhələlərində qiymətləri izləməyə imkan verəcək. Bununla da daxili bazarda daha şəffaf qiymət formalaşmasına şərait yaradılması gözlənilir.

 Yeni sistem üzrə məlumatların təqdim edilməsi 1 sentyabr 2026-cı ildən könüllü əsasda həyata keçirilə biləcək.

 1 mart 2027-ci ildən isə neft məhsulları ilə bağlı müvafiq məlumatların təqdim edilməsi məcburi olacaq.

 Beləliklə, Rusiya yanacaq bazarında bir tondan başlayan birjadankənar əməliyyatların da dövlət tərəfindən izlənilməsini təmin edən yeni nəzarət mexanizmi formalaşdırır.

 

 

 

Oxşar xəbərlər