ENERJİ

 Dünyanın ən uzun boru kəmərlərini kimlər idarə edir?

 Dünyanın ən uzun boru kəmərlərini

Dünyanın ən uzun boru kəməri şəbəkələrini idarə edən 20 şirkətin reytinqi açıqlanıb. Siyahıda Rusiya, Çin, ABŞ, Kanada və digər ölkələrin enerji şirkətləri yer alıb.

Monetar.az xəbər verir ki, reytinqdə Rusiyanın “Gazprom” şirkəti 243 464 kilometr uzunluğunda boru kəməri şəbəkəsi ilə birinci yerdə qərarlaşıb.

Çinin CNPC şirkəti 169 857 kilometr göstərici ilə ikinci, ABŞ-ın “Kinder Morgan” şirkəti isə 145 137 kilometrlə üçüncü olub.

İlk onluqda həmçinin Kanadanın “Enbridge” (136 178 km) və “TC Energy” (134 119 km), ABŞ-ın “Energy Transfer” (113 603 km), Çinin “Sinopec” (106 745 km) və “CNOOC” (95 403 km), Böyük Britaniyanın “Shell” (87 002 km) və Rusiyanın “Transneft” (84 245 km) şirkətləri yer alıb.

Reytinqdə ABŞ şirkətləri say baxımından üstünlük təşkil edir. Bununla belə, boru kəmərlərinin ümumi uzunluğuna görə “Gazprom” digər şirkətləri böyük fərqlə qabaqlayır.

Siyahıda yer alan ilk 20 şirkətin hər birinin boru kəməri şəbəkəsinin uzunluğu 50 min kilometrdən çoxdur. Bu infrastruktur neft, təbii qaz və digər enerji məhsullarının hasilat məntəqələrindən emal müəssisələrinə, anbarlara və istehlak bazarlarına çatdırılmasında mühüm rol oynayır.

Oxşar xəbərlər